news Image
2014.10.21
12:37
| A A A
MTRŞ-nın şöbə müdirindən ANS-ə: "Sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki..."
"ANS-də şənbə günləri "Comedi.az" adlı yumoristik veriliş gedir.Veriliş başdan-ayağa "qara yumor", qeyri-etik sətiraltı məzmunlu "zarafatlar"dan ibarətdi". Movqe.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov öz facebook hesabında status yazıb. T. Dadaşovun verilişə həsr olunan tənqidi statusu "studiyaya yığışan qonaqların çoxu da qadınlar, qızlar olur, adətən. Fikir vermişəm, sonuncudan əvvəlki buraxılışlarda intim bir səhnəcik göstəriləndə, tərbiyədən uzaq ifadə işlədiləndə kişilər-oğlanlar qalırdı bir qıraqda, həmin qız-qadınlar gülməkdən uğunub gedirdilər. Amma sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki, hətta hər şeyə gülən o qız-qadınların sifətində bir ikrah görünürdü. Zaldan gülüş səsləri kəsilmişdi. Məncə, bu, kanala, verilişi hazırlayanlara bir siqnal olmalıdı. Çünki öz daimi qonaq-tamaşaçıları belə, narazı görünürdü. Bu qədər də olmaz da...zarafatın, yumorun da həddi olmalıdı".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs