news Image
2014.10.21
16:25
| A A A
"Ədəbi proses – 2013” elmi müşavirəsinin materialları nəşr olunub

 Nizami adına Ədəbiyyat İnstitutunda bu il aprelin 2-də keçirilmiş "Ədəbi proses - 2013"yaradıcılıq müşavirəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. Belə ki,  əsası  Nizami adına Ədəbiyyat İnstitutunda   qoyulmuş "Ədəbi proses" formatında yaradıcılıq müşavirəsisonuncu dəfə 30 il qabaq, 1984-cü ildə keçirilmiş və tədbirin materialları bir il sonra nəşr olunmuşdur.

"Ədəbi proses – 2013" Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil etmişdir. O da xüsusi qeyd olunmalıdır ki,müşavirənin materialları  Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa təqdim edilərək tez bir zamandatoplu halında çap olunub. Toplunun "Ədəbi proses – 2013: ənənənin bərpası və yeni mərhələ" adlı ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Nəşrdə cari ildə şeir, poema, bədii nəsr, dramaturgiya, ədəbi tənqid, bədii publisistika, bədii tərcümə sahəsində   baş verən proses və dəyişmələr, bu istiqamətdə aparılmış geniş və elmi-nəzəri mahiyyət daşıyan məruzələr öz əksini tapıb. Topluya ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin "İlin ədəbi mənzərəsi", Nərgiz Cabbarlının "2013-cü ilin şeiri", filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın "İlin poema yaradıcılığı (janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!)", filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın "Bədii nəsr", fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin "Tənqid və müasir ədəbi proses",  filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanovanın "Bədii tərcümə", filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun "Dramaturgiya", filologiya üzrə fəlsəfə doktoru Elçin Mehrəliyevin "Bədii publisistika", filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) "Cənubi Azərbaycanda ədəbi mühit" mövzulzrında məruzələri daxil edilib.

"Hədəf nəşrləri"ndə nəfis şəkildə çap olunmuş bu toplu Azərbaycan ədəbi prosesini daha dərindən öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

                                                                                                   Ağahüseyn Şükürov,

                                                                                 AMEA vitse-prezidentinin köməkçisi

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs