news Image
2014.10.23
07:59
| A A A
İraq türkmənləri Azərbaycana sığınacaq?!
Adıgözəl Məmmədov: “İŞİD-in hədəfi olan türkmənlərin Azərbaycana axınının baş verməsi hələlik gözlənilmir” Hatəm Cabbarlı: “Türkmənilərin gedə biləcəyi yerlər sırasında Azərabaycanın da olması ehtimalı var”

İŞİD-in İraqda türkmənlərin yaşadığı ərazilərə zərbələri davam edir. Bel əvəziyyətdə isə qaçqın düşən türkmənlərin sayı da artmaqdadır. Bu arada İŞİD silahlıları İraqda türkmənlərin kompakt şəkildə yaşadığı İraqın Diyala vilayətinə bağlı Qaratəpə qəsəbəsində üç istiqamətdən raket və ağır silahlarla hücum həyata keçirib. İŞİD silahlılarının atdığı raket nəticəsində 3-ü uşaq, 7-si əsgər olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə ağır yaralanıb. Bundan başqa, terrorçu qruplaşma qəsəbənin bir kilometr qərbində yerləşən Əlisaray və Seyf Saad kəndlərini də ələ keçirib. Türkmənlərin yaşadığı kəndlərdən aralarında qadın və uşaqlar olan 30 nəfəri qaçırıblar. Daha sonra şiələrə aid məscid və hüseyniyyələrin dinamitlə havaya uçurublar. Onu da qeyd edək ki, İŞİD silahlılarının Qaratəpəyə hücumları nəticəsində təxminən 10 minə yaxın əhali bölgədən köç etmək məcburiyyətində qalıb.

Təxmini rəqəmlərə görə isə, İŞİD təcavüzü başalayandan bu günə qədər İraq və Suriya ərazisində yaşayan 150 mindən çox türkmən öz yurdundan didərgin düşüb. Onların sığındıqları yer əsasən Türkiyə ərazisidir. Lakin artıq Türkiyə ərazində kifayət sayda qaçqının olduğu məlumdur. Baş nazir yanında Fövqəladə Hallar Komissiyanın sədri Fuad Oqtayın sözlərinə görə, Türkiyədə olan suriyalı qaçqınların ümumi sayı 1 milyon 600 min nəfərdir. Onlardan təxminən 180 min nəfəri Kobanidən gələnlərdir. Onun sözlərinə görə, suriyalı qaçqınlara beynəlxalq miqyasda Türkiyə qədər yardım edən ikinci ölkə yoxdur. Bu fonad isə qaçqın düşən türkmənlərin Türkiyədə sığıncaq tapması bir qədər çətinləşir. Çünki, qeyd olunduğu kimi, Türkiyədə qaçqınların sayı kifayət qədərdir. Bir müddət əvvəl İraq Türkmən cəbhəsindən olan millət vəkili Əli Məruf İŞİD qətliamından qaçan türkmənlərə Türkiyədən başqa kömək edən yeganə dövlət olaraq Azərbaycanın adını vurğulamışdı. Bu mənada türkmənlərin Türkiyə üzərindən Azərbaycaan keçməsi istisna olunmur. Düzdür, hələlik ölkəmizdə türkmən qaçqın yoxdur. Ancaq türkmənlərlə tarixi yaxınlığımızı nəzərə alsaq, türkmən qaçqınlarının ölkəmizə gəlməsi tam real görünür.

Politoloq Adıgözəl Məmmədov məsələyə belə münasibət bildirdi: "İŞİD yalnız ərəblərdən təmsil olunmayıb. Burada hətta tüpkmənlər də var. Parlamentdə müzakirələr zamanı türkmənlərin İŞİD-də təmsilçiliyini Türkiyənin baş naziri Əhməd Davudoğlu da dilə gətrimişdi. Bildiyiniz kimi, Avropadan, ərəb ölkələrindən, Qafqazdan, həm də Azərbaycanda İŞİD-ə qoşulanlar da var.

Bizim milli maraqlarımıza görə, İŞİD terror təşkilatıdır. Ona görə də Azərbaycna İŞİD ilə mübarizə aparan beynəlxalq qüvvələrin yanındadır. İŞİD-in hədəfi olan türkmənlərin Azərbaycana axınının baş verməsi hələlik gözlənilmir. Çünki, İŞİD kimi təşkilatlar təsadüfi yaranmayıb. Onların dəstəyi var. Bu cür proseslərdə qlobal güclərin xüsusi xidmət orqanlarının rolu olur. Yəni, türkmənlərin Azərbaycana axını mümkün olan bir iş deyil. Düzdür, türkmənlərə qarşı dini zəmində parçalanma var. İŞİD daha çox özünü sünni yönümlü təqdim edib. Amma bunların arxasında bir ad var – terrorizm".

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirdi ki, Türkiyə hökuməti İŞİD-in nəzarəti altında olan bölgələrdən qaçan küdrləri, ərəbləri sərhədləri daxilinə qəbul edərək, onlara sığınacaq verdi və qayğısına qalır: "Amma İraqdakı türkmənlərin Türkiyəyə sığınmasıda ciddi problemlər yaşanır. Çıxılmaz vəziyyətdə qalan türkmənlər İŞİD-in təhlükəsi ilə qarşı-qarşıyadırlar. Onların etnos olaraq oradakı varlığı da təhlükə altındadır. Türkiyə indik vəziyyətdə türkmənləri qəbul etməkdə bir az çətinlik. Belə olan təqdirdə, türkmənlərin bir yolu İŞİD-ə qarşı mübarizə aparmaqdır. Ancaq məlumdur ki, onların İŞİD-lə mübarizə aparması olduqca çətindir. Onda, türkmənlər hara getməlidir? Onların gedə biləcəyi ilk yer İrandır. Eyni zamanda burada Azərabaycan ehtimalı da var. Amma İrana keçmək və ya Azərbaycana gəlmək də türkmənlər üçün olduqca çətin məsələdir. Belə ki, mühasirə şəraitində yaşayan türkmənlərin İrana keçməsində mütləq problem olacaq. Onların da əgər bir qismi Azərbaycana gəlmək istəyəcəklərsə, İran üzərindən keçməlidirlər. Ancaq türkmənlər üçün İran yolunun üzərində də təhlükə var. Düzdür, türkmənlər sığınacaq axtaracaqlarsa, ilk yer İrandır. Ancaq ölkəmiz də müzakirə mövzusudur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs