news Image
2012.07.20
13:19
| A A A
Heydər Əliyev Mərkəzində yanğın -Yenilənib
Movqe.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzi yanır. Bu şəkil 42 dəqiqə əvvəl çəkilib.



-------------------------

Movqe.Az bildirir ki, Heydər Əliyev Mərkəzində yanğının söndürülməsi təxminən 14:00 radələrində başa çatıb. 


--------------------------------

Xatırladaq ki, Baş nazirin müavini Abid Şərifov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Səhiyyə naziri Oqtay Şirəliyev, Nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər prokuroru Əziz Seyidov hazırda hadisə yerində olub. Yanğının səbəbləri hələ məlum deyil, lakin küləyin olması yanğının sahəsini artırıb.

--------------------------------

Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanlb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs