Əlaqə Arxiv
news Image
2012.07.22
13:21
| A A A
Azərbaycanlı şair-publisist Səid Muğanlı azadlığa buraxılıb
APA-nın məlumatına görə, azərbaycanlı jurnalist barəsində çıxarılmış 6 aylıq həbs cəzasını bitirdikdən sonra o, Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, Səid Muğanlı (Beytullah Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.
Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.


Sizin Reklam Yeriniz