news Image
2012.04.11
11:54
| A A A
Proqnozlaşdırılan karbohidrogen ehtiyatı 10 milyard tondur
Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları isə hazırda 4,5 milyard ton təşkil edir

Azərbaycanın proqnozlaşdırılan karbohidrogen ehtiyatları neft ekvivalentində 10 mlrd. ton təşkil edir. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları isə hazırda 4,5 mlrd. ton təşkil edir. "Hazırda Azərbaycanda 40 neft-qaz strukturunun işlənməsi ilə bağlı işlər aparılır. Bu prosesə 20 ölkədən 50 iri şirkət cəlb olunub. Hazırda Azərbaycanda gündəlik neft hasilatı 140 min ton təşkil edir", - deyə R.Abdullayev bildirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs