news Image
2014.12.11
17:57
| A A A
Müqtəda əs-Sədr: “48 saata cihada hazır olun”

İraqda "Sədr hərəkatı"nın lideri Müqtəda əs-Sədr İraqın Səmərra şəhərində bütün şiələrə çağırış edib.Movqe.az xəbər verir ki, əs-Sədr tabeliyində olan qüvvələrə "cihada hazır olun" deyərək 48 saat ərzində hazır olmaq əmri verib:

"Müqəddəs Səmərra şəhərində terrorçu və təkfirçilərin günahı ucbatından yaranan təhlükəli vəziyyəti nəzərə alaraq "Seraya İslam" qüvvələrini 48 saat ərzində hazır olmağa çağırıram. Lazımi hazırlıqları tamamlayaraq cihad təlimatını gözləyin".