Londonun “Straford” stadionunda XXX Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib
APA-nın verdiyi xəbərə görə, London
Olimpiadasında 204 ölkədən 10500 idmançı 302 medal dəsti uğrunda
mübarizə aparacaq. Yarışlar 36 idman növü üzrə
keçiriləcək.
Olimpiadanın ilk qalibi bu gün 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açma növündə müəyyənləşəcək.
Xatırladaq ki, London Olimpiadaya 3-cü dəfə ev sahibliyi edir. Britaniyanın paytaxtında 1908 və 1948-ci illərdə Olimpiada oyunları keçirilib.
XXX London Olimpiadasında Azərbaycan rekord sayda - 53 idmançı ilə 15 idman növü üzrə təmsil olunub. Bunlardan 39-u kişi, 14-ü qadındır. Azərbaycan idmançılarının əsasən boks, güləş, cüdo, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, kanoe və akademik avarçəkmə idman növləri üzrə medal qazanması ümidvericidir.
Azərbaycan Yay Olimpiya Oyunlarına müstəqil ölkə kimi 5-ci dəfədir qatılıb.