Əlaqə Arxiv
news Image
2012.08.02
09:34
| A A A
Prezident İlham Əliyev özünü güclü siyasi lider kimi artıq təsdiq edib
“…belə müxalifətin ittihamları da əsassız olur”

"Faktiki olaraq Azərbaycan siyasi müstəvisində qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevə ciddi alternativ ola biləcək siyasətçi yoxdur". Bunları "Azadinform"a açıqlamasında AnaVətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.

Onun fikrincə, bu, artıq Azərbaycan siyasi səhnəsinin reallığıdır: "Ona görə də iqtidar son dərəcə maraqlıdır ki, qarşıdangələn seçkilər azad və ədalətli keçsin. Bu, elə belə də olacaq".

Onun sözlərinə görə, İlham Əliyev həm Azərbaycan daxili siyasi mühitində, həm də beynəlxalq arenada özünü güclü siyasi lider kimi artıq təsdiq edib. Z.Oruc deyib ki, müxalifətin radikal qanadı Prezident İlham Əliyevin bundanəvvəl qalib gəldiyi iki seçkinin nəticələrini də tanımayıb, lakin nəticə etibarı ilə heç nə dəyişmədi. Deməli, belə müxalifətin ittihamları da əsassız olur: "Ona görə də hansısa birqrupun İlham Əliyevi tanıyıb-tanımamasının, bu barədə tezliklə unudulacaq bəyanatlar verməsinin onun fəaliyyətinə heç bir təsiri yoxdur. Xaricə gəlincə, düşünürəm ki, Azərbaycanı istəməyən qüvvələr yenə də öz ənənələrinə sadiq qalaraq, "Eurovision"da olduğu kimi, müxalifətin radikal qanadı ilə həmrəylik nümayiş etdirəcəklər. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar isə İlham Əliyevi güclü birlider, siyasi xadim kimiqəbul edirlər. Azərbaycanın Qafqazda həlledici dövlət statusunu daşıması, sabitliyi və dinamik inkişafı onun haqqında müsbət fikirlərin formalaşmasına təsir edən ciddi amillərdir. Ona görə qarşıdakı seçkilərdə İlham Əliyevin qalibgəlməsi dünyanın diqqətində olacaq və legitimliyi birmənalı qəbul ediləcək. Bu Azərbaycan üçün yeganə reallıqdır".

Sizin Reklam Yeriniz