news Image
2012.04.11
23:17
| A A A
Qrunt suları hələ də ciddi təhlükə mənbəyi olaraq qalır
Telman Zeynalov: «Bakı şəhərində elə göydələnlər var ki, bütünlüklə suyu yerin altına axır» Fəqan Əliyev: «Qrunt sularının əsas hissəsini insanların boş-boşuna torpağa axıtdığı sular təşkil edir»

Son vaxtlar Bakı şəhərində qrunt suların səviyyəsinin qalxması ciddi müzakirə mövzusuna çevrilib. Məlumdur ki, qrunt suların qalxması bir sıra fəsadlar yaradır. Sürüşmə riskini artırır, yaşıllığı məhv edir, torpağın humus qatının münbitliyinə mənfi təsir göstərir. Sovet dövründə qrunt sularına qarşı ciddi mübarizə aparılırdı. Drenaj sistemi yaradılmışdı.
Yerin altı ilə çəkilən xətlər qrunt sularının daşınması quyulara tökülməsini sürətləndirirdi. Məlumatlara görə, təkcə Bakı şəhərində qrunt sularının tökülməsi üçün 500-ə qədər dərin quyular qazılmışdı. Hazırda həmin quyuların əksəriyyəti yararsız vəziyyətdədir. Sistemin sıradan çıxması qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur.
Ekspertlər hesab edirlər ki, qrunt suların səviyyəsini minimuma endirmək üçün mütləq drenaj sistemi yenidən işlənib hazırlanmalıdır.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, Bakıda qrunt sularının səviyyəsinin getdikcə artması gözlənilir: "Bakı şəhərində qrunt suları daha çox antropogen mənşəlidir. Binaların, mənzillərin sayı artdıqda qrunt sularının səviyyəsi qalxır.
Kanalizasiya yağış kollektorlarının yaxşı işləməməsi qrunt sularının səviyyəsinin artmasına təsir göstərir. Bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır. 1950-ci illərdə tikilən xətlərin istifadə müddəti artıq başa çatıb. Digər tərəfdən kanalizasiya xətləri maksimum 800-900 min mənzil üçün nəzərdə tutulub. İndi Bakı şəhərində mənzillərin sayı 2 milyona yaxındı. Kanalizasiya xətlərindən kənar axıdılan sular potensial qrunt sularıdır.
Bakı şəhərində elə göydələnlər var ki, bütünlüklə suyu yerin altına axır. Yəni heç birkanalizasiya xəttinə qoşulmayıb. İndi lazımdır ki, drenaj sistemi yenidən qurulsun".
"Ekoenergetika" Akademiyasının prezidenti Fəqan Əliyev hesab edir ki, qrunt sularının səviyyəsini aşağı salmaq üçün sovet dövründə qazılmış drenaj quyular yenidən qazılmalıdır: "Vaxtilə həmin quyuları ona görə qazmışdılar ki, Abşeronun kəndlərində təsərrüfat işlərində istifadə olunsun. Abşeronda bağlar, tarlalar var idi. Torpaqlar yuyulurdu, suları isə drenaj sistemi ilə quyulara axıdılırdı. Bağlar ləğv ediləndən sonra həmin quyulara ehtiyac qalmadı. İndi onların hamısı məhv olub gedib. Bəlkə indi quyulara heç ehtiyac da yoxdur. Başqa sistem barədə düşünmək daha yaxşı olardı".
F.Əliyev hesab edir ki, qrunt sularına qarşı mübarizənin ən yaxşı yolu kanalizasiya xətləri yağış kollektorlarının yenidən qurulmasıdır: "Ətrafa bir damcı da su axıdılmamalıdır. Qrunt sularının əsas hissəsini insanların boş-boşuna torpağa axıtdığı sular təşkil edir. Çirkab sular çətin buxarlandığından, yerin altına daha tez süzülüb gedir. BMT-ninətraf mühitin mühafizəsilə bağlı proqramında qrunt suların səviyyəsinin minimuma endirilməsi məsələsi öz əksini tapıb. Bizim Ekologiya Təbii Sərvətlər Nazirliyi həmin proqrama qoşulub. Bu istiqamətdə müəyyən işlər aparılır. Hətta qeyri-hökumət təşkilatı olaraq biz bununla bağlı maarifləndirici xarakterli tədbirlər həyata keçirmişik. Sudan səmərəli istifadə ilə bağlı telekanallarda elanlarımız verildi, Bakının qəsəbələrində, kəndlərində əhali ilə görüşdük. Onları başa saldıq ki, sudan səmərəli, qənaətlə istifadə etmək lazımdır. Əks-təqdirdə boş-boşuna axıdılan sular qrunt sularının səviyyəsini qaldıracaq. Bu isə təsərrüfata mənfi təsir göstərəcək, torpaqlar şoranlaşacaq, sürüşmə riskləri artacaq".

R.XƏLİLOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs