Əlaqə Arxiv
news Image
2012.08.06
13:12
| A A A
Bu gün Xirosima faciəsinin ildönümüdür
Baş vermiş partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu

Movqe.Az xəbər verir ki, bu gün Xirosima faciəsindən 67 il ötür. 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qalıb. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Xirosima şəhərinə, avqustun 9-da isə Naqasakiyə atılıb. "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Xirosimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirahito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı. 

Sizin Reklam Yeriniz