news Image
2012.08.07
12:00
| A A A
Dağlıq Qarabağ radikal müxalifət üçün hələ də ikinci plandadır
Araz Əlizadə: “Qarabağı satanların, onu alverə çevirənlərin Qarabağ haqqında danışmağa ixtiyarları yoxdur” Sərraf Hüseynov: “Həmin insanlar nəinki, Qarabağ dərdinə, xalqımızın digər problemlərinə də biganədirlər”

Bu gün Azərbaycan cəmiyyəti üçün ən aktual və bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllidir. Lakin bu mövzunu maraqları naminə arxa plana keçirənlər də var. Məsələn, elə götürək radikal müxalifət düşərgəsini. Keçirdikləri müxtəlif beynəlxalq görüşlərdə, apardıqları müzakirələrdə müxaliflərin bu mövzunu ikinci plandagörməsi artıq ənənə halını alıb.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə məsələyə münasibətdə bildirir ki, bu gün artıq Dağlıq Qarabağ münaqişəsinin həlli ümidi tək ölkə prezidentinə qalıb: "Bir zamanlar var idi ki, Qarabağ haqqında həqiqəti dünyaya yayamaq lazım idi. Onda biz bunu hər yerə yayırdıq. Elə indi də bu mövzu gündəmdə olan mövzudur. Amma Qarabağı satanlar, Qarabağı alverə çevirənlərin Qarabağ haqqında danışmağa ixtiyarları yoxdur. Bundan başqa beynəlxalq aləmdə radikal müxalifət kimdiir ki, onlarla bir görüşsüb danışsınlar da. Onlar ancaq bura gələn beynəlxalq təşkilatların nümayəndələri ilə görüşə bilirlər. Görüşdə də təkcə onlardan yardım umurlar.  O zaman da "ay aman bizim hakimiyyətə gəlməyimizə kömək edin" kimi tək fikirləri olur. Çünki, indiki dönəmdə onları Qarabağ yox, vəzifə maraqlanıdırır. Hərçənd ki, onlar Qarabağ deyib, siyasətə gəliblər".

YAP-ın gənclər ofisinin rəhbəri Sərraf Hüseynov bildirir ki, bu gün özlərini müxalifət adlandıran qurumların fəaliyyətlərində şəxsi və qrup maraqlarına uyğun müəyyən işlər həyata keçirirlir: "Bu da onların maliyyələşmə mənbəyi ilə daha çox bağlıdır. Həmin mənbələrin də verdiyi maliyyə vəsaiti onların tapşırıqlarına uyğun şəkildə istifadə olunur. Bu baxımdan Azərbaycandakı müxalif qüvvələr, əsasən də İctimai Palata ətrafında birləşən partiyalar öz mövqelərini Azərbaycanın milli maraqlarına uyğun həyata keçirmirlər. Öz işlərini bu maraqlara cavab verən səviyyədə qurmurlar. May ayında Azərbaycanda "Eurovision" tədbiri təşkil olunan vaxtı müxalifətin bir sıra aksiyaları oldu. Müxalifət liderlərinin KİV-də verdikləri müsahibələrdə onu müşahidə etdik ki, onlar çıxışlarında yalnız Azərbaycan dövlətindən, cənab prezidentin fəaliyyətindən şikayətləndilər. Amma onlar daha çox Azərbaycanda vətəndaş hüquqlarının dövlət tərəfindən deyil, xarici qüvvələr tərəfindən, əsasən də işğalçı Ermənistan tərəfindən pozulduğunu bir dəfə də olsun dilə gətirmədilər. Onlar niyyətləri guya gizlindir. Əslində isə onların  niyyətləri çox çılpaq şəkildə ortdadır. Onlar Azərbaycanda bu gün gedən inkişaf proseslərinə sevinmirlər.  Çünki, həmin bu artan nüfuz, güclənən dövlətçilik məhz həmin müxalifətin ziyanına işləyir. Buradan da aydın görünür ki, həmin insanların birbaşa məqsədi öz şəxsi mənafelərinə uyğun olaraq vəzifəyə gəlməkdir. Həmin insanlar nəinki, Qarabağ dərdinə, xalqımızın digər problemlərinə də biganədirlər. Onlar xalqımızın matəm günləri ilə bağlı da heç bir əlamətdar  tədbir keçirmirlər. Həmçinin də dünya mediasına çıxış imkanları ola-ola bunlar haqqında heç bir informasiya dağıtmırlar. "Eurovision" tədbiri ərəfəsində onların beynəlxalq mətbuata çıxmaq imkanları var idi. Lakin may ayında ölkə prezidentinin Şuşanın işğalına dair sərancamına uyğun olaraq heç bir tədbir keçirmədilər. Buradan belə nəticə çıxır ki, onlar tək Azərbaycan hökümətinə deyil, birbaşa Azərbaycan dövlətinə müxalifətdədirlər. Buna görə də onlar özlərinə daha az tərəfdar toplaya bilirlər. O tərəfdarlar da onların niyyətlərini tam anlayandan sonra onlardan uzaqlaşırlar. Ona görə təşkil etdikləri aksiyalarda maksimum 1000 nəfər insan yığılır. Hətta aksiyaların birində İsa Qəmbərin "gələn aksiyada hər biriniz özünüzlə 5 nəfər gətirin" cümləsini də eşitmişəm. Bu isə iməclik xarakterli çıxışdır. Özünlə 5 nəfər gətir deyərək insanları iməcliyə çağırarlar ki, o da bir ağac əksin. Buradan da görünür ki, müxalifət artıq bu düşüncəni sərgiələməklə öz nüfuzunu itirib. Onların ən böyük uğuru öz düşüncələrini dəyişmələridir. Burada isə ən önəmlisi Qarabağ məsələsidir. Onlar öz tədbirlərində çox bildirirlər ki, 20 ildir Qarabağ problemi irəliləyişə nail olmayıb. Amma bu müddət ərzində Azərbaycan dövlətinin gördüyü işlər saymaqla bitən deyil. Beynəlxaq standartalara uyğun olaraq Azərbaycan dövləti torpaqlarının sülh yolu ilə qaytarılmasını istəyir. Hazırda da bu proses yüksələn xətt üzərində davam edir. Lakin İctimai Palata hələ də problemin həll olunmamasını Azərbaycan iqtidarının üzrinə atır. Bunu özləri xatırlayırlar, amma etiraf etməkdə çətinlik çəkirlər ki, Qarabağ problemin əsasını onların özləri qoyub. Həm də onu da müşahidə edirik ki, guya onlar Qarabağ problemnin həllini layihə formasında işləyib hazırlayıblar. Amma bunların hamısı populist çıxışlardır. Bu çıxışların heç bir dayağı, məntiqi yoxdur. Onlar Qarabağın tək hərbi yolla azad olmasını istəyir. Amma baş verə biləcək ikinci Qarabağ müharibəsi təkcə hərbiçilərə həvalə oluna bilməz. Bu iş siyasətçilər, savadlı, gələcəyi görə bilən hər kəsin işidir".