news Image
2012.08.13
17:33
| A A A
Azərbaycanda zəlzələ gözlənilir?
Seysmoloji Xidmət Mərkəzinin rəsmisi: "Təbrizdə baş verən zəlzələlərin Azərbaycanda hiss olunma ehtimalı azdır" Bu gün Azərbaycanda da zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ötən gün saat 22:13-də Saatlı şəhərindən 20 km qərbdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı Seysmik Stansiyasının müdiri Sudef Həsənovun sözlərinə görə, İranda baş verən zəlzələnin təsiri ilə əlaqədar yeraltı təkanlar Azərbaycanda hələ bir neçə ay davam edəcək: "Zəlzələnin bir yerdə baş verməsi, başqa yerdə təkrarlanma ehtimalını azaldır. Zəlzələlər baş verəndən sonra ayın 11-dən bu günə kimi təkanlar davam edir və 2 aydan yuxarı müddətədək də davam edəcək. Təbrizdə baş verən zəlzələlərin Azərbaycanda hiss olunma ehtimalı isə düşünürəm ki, azdır".