news Image
2012.08.14
17:27
| A A A
Cənubi Azərbaycandakı zəlzələdən 155 min nəfər zərər çəkib

İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb. 

Xəbərdə bildirilir ki, bölgədə meydana gələn son zəlzələdə Əhər, Vərzigan, Heris və Təbrizə bağlı 180 kəndə ziyan dəyib: "Hazırda 50415 nəfər təhlükəsiz yerlərdə məskunlaşdırılıb, 2606 nəfər xilas edilib, yaralı vəziyyətdə xilas edilən 1226 nəfər isə müalicə olunur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs