news Image
2012.08.19
10:28
| A A A
Azərbaycan Ramazan bayramını qeyd edir
Bu gün Azərbaycanda Ramazan bayramıdır. APA-nın məlumatına görə, bu münasibətlə məscidlərdə, o cümlədən "Təzəpir" məscidində bayram namazı qılınacaq.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir.


Bayram günü oruc tutmaq haramdır.
Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar üç gün qeyri-iş günü olacaq. Ramazan bayramı ilə əlaqədar bu il 19-20 avqust tarixləri qeyri-iş günü elan edilib. 19 avqust bazar gününə təsadüf etdiyindən, bayramdan sonrakı növbəti iş günü - 21 avqust tarixi də qeyri-iş günü elan olunub.