Əlaqə Arxiv
news Image
2012.08.29
18:23
| A A A
Bakıda bağlı olan küçə və prospektlərin yeniSİYAHIsı açıqlandı

Təmir işləri və yeni asfalt örtüyünün salınması iləəlaqədar olaraq bir sıra yollar bağlanıb.Modern.az xəbər verir ki, avqustun 29-da Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib.

Belə ki, mərkəzNeftçilər prospektində, Afiyəddin Cəlilov küçəsində, Əziz Əliyev küçəsində, Bülbül prospektinin Zərifə Əliyeva və Neftçilər prospektiilə kəsişməsi istiqamətində təmir işlərinin aparılması ilə əlaqədar olaraq tamamilə bağlanması haqda əhaliyə xəbərdarlıq edir.

Bundan başqa Abbas Mirzə Şərifzadə küçəsinin Nazim Hikmət küçəsiilə kəsişməsindən"Kaktus" restoranı istiqamətindəhərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub.

Yasamal rayonu,Qələbə dairəsindən Əsəd Əhmədovküçəsi istiqamətində yol bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub.Ü.Hacıbəyov küçəsindəhərəkət hissəsi müvəqqəti 2 istiqamətli olduğundan isəK.Səfərəliyeva və Rixard Zorge küçələri bağlanıb. Həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqaməti vəNiyazi küçəsitamamilə bağlıdır.
NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir.
Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.

Sizin Reklam Yeriniz