Əlaqə Arxiv
news Image
2012.08.30
08:02
| A A A
Gənc ailələrə xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur
“Gənc ailənin sosial müdafiəsi haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

Azərbaycanda gənc ailələrə xüsusi güzəştlərin verilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, "Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsinin ilkin variantı hazırdır. Gənc ailənin dövlət dəstəyinə ehtiyacı olduğunu vurğulayan M.Quliyev bildirib ki, layihədə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ev əldə etməsi üçün güzəştli ipoteka kreditlərinin verilməsi, güzəştli şərtlərlə torpaq sahələrinin ayrılması, iş yerləri ilə birinci növbədə təmin olunmaları, güzəştli şərtlərlə ev əşyaları alınması məsələri əksini tapıb. Komitənin sədr müavini bildirib ki, bu güzəştlərin yaşı 35-dək olan gənclərin ailələrinə şamil olunması nəzərdə tutulur. M.Quliyev bildirib ki, qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Sizin Reklam Yeriniz