news Image
2012.08.30
13:57
| A A A
Qondarma erməni soyqırımı yenidən Fransa parlamentinin gündəmində
Qanun layihəsi payızda gündəliyə salınacaq

Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırlması haqqında qanun layihəsi payızda yenidən Fransa parlamentinin gündəminə gətiriləcək. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Fransadakı "Ay data" ofisinin rəhbəri Qraçya Varjapetyan bildirib. O, qeyd edib ki, Fransa prezidenti Fransua Olland söz verdiyi kimi bu təşəbbüsü dəstəkləyir. 

Varjapetyanın sözlərinə görə, erməni ictimaiyəti Fransa prezidenti admnistrasiyası ilə birlikdə ötən layihədənin Konsitutsiya Şurasından keçməməsinə səbəb olan bütün məqamları tədqiq edərək qanun layihəsi üzərində işləyir. 
Xatırladaq ki, qanun layihəsi ilin əvvəlində Senat tərəfindən qəbul olunsa da, Konstitusiya Şurası layihəni konstitusiyaya zidd saydığı üçün onu ləğv etmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs