news Image
2012.08.31
16:56
| A A A
Ramil Səfərov: “Hərbi xidmətimi davam etdirə bilərəm”
“Bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram” Bu gün Macarıstandan Bakıya gətirilən və ölkə prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ata evinə axın başlayıb. APA-nın Ramil Səfərovun ata evində olan əməkdaşı xəbər verir ki, onun gəlişi münasibəti ilə qurban kəsilib. 
Ramil Səfərov burada bir daha Azərbaycana qaytarılmasına, əfv olunmasına görə ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib: "Səkkiz il yarım qürbətdə təkadamlıq kamerada qalsam da, bir gün də ümidimi itirmədim. Vaxtı çatanda Ali Baş komandan məsələni həll etdi. Mən bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram".
R. Səfərov hərbi xidmətini davam etdirəcəyi barədə ona ünvanlanan suala cavabında bunu mümkün saydığını deyib. 
Erməni zabiti qətlə yetirdiyi gün barədə suala isə "Mən o günə qayıtmaq istəmirəm" cavabını verib. 
Qeyd edək ki, bu gün Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub.
Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib.
Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs