Əlaqə Arxiv
news Image
2012.09.04
08:27
| A A A
Bu cür yazılar əfsanədir, nağıldır
ABŞ-ın Ramil Səfərovun əfv edilməsi ilə bağlı narahatlığı daxili siyasətinə yönəlmiş addımdır

ABŞ-ın Ramil Səfərovun əfv edilməsi ilə bağlı narahatlığı daxili siyasətinə yönəlmiş addımdır. Bunu SalamNews-a YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, ABŞ-ın dövlət müstəvisində bu məsələyə münasibət bildirməsi, hakimiyyətdə xal qazanmaq məqsədi daşıyır.

O deyib: "Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verilərək ölkə Konstitusiyasına uyğun ölkə başçısı tərəfindən əfv edilib. Həmçinin R.Səfərovun qaytarılması ölkə başçısının tapşırığı ilə, ölkənin müvafiq dövlət sturkturlarının apardığı məqsədyönlü danışıqların nəticəsində baş verib. Bu iş beynəlxalq sənədlərə uyğun olaraq aparılıb. Təbii, Ermənistan çox çalışırdı ki, R.Səfərov Macarıstan həbsxanasından çıxa bilməsin. Aparılan uğurlu siyasət nəticəsində biz buna nail olduq. Hesab edirəm ki, bu, bizim Ermənistan üzərində mənəvi, psixoloji və ən əsası diplomatik qələbəmizdir".

Ölkə başçısı tərəfindən Ramil Səfərovun əfv olunmasına münasibət bildirən M.Qurbanlı vurğulayıb: "Macarıstanda ordumuzun zabitinə haqsızlıq edildiyinə və bu cinayəti zorən törətdiyinə görə ölkə başçısı bu addımı atıb. Zabitimizin bu hadisəni törətməsinə erməni cinayətkarları sövq edib. Əgər erməni zabiti bu və ya digər formada hərəkətləri ilə pis fikir yaratmasaydı, R.Səfərov bu hadisəni heç vaxt törətməzdi. Ona görə də, R.Səfərovun Macarıstan həbsxanasından çıxarılaraq ölkəyə gətirilməsi və Azərbaycan prezidenti tərəfindən əfv edilməsi onun qətiyyətli siyasəti, xalqına sadiq olan vətənpərvər insanlara, bütövlükdə ordumuza böyük hörmətin təzahürüdür".

YAP rəsmisinin sözlərinə görə, ABŞ-ın bu məsələyə verdiyi reaksiya daxili auditoriyaya ünvanlanıb.

M.Qurbanlı Azərbaycanın Ramil Səfərovla bağlı Macarıstana hər hansı maddi güzəştə getməsi ilə bağlı yayılan məlumatlara da toxunub. O deyib ki, bu cür "məlumatlar" səriştəsiz insanlar tərəfindən yayılıb və tamamilə həqiqəti əks etdirmir. Bu cür "xəbərləri" erməni KİV-ləri və erməni lobbisi tərəfindən gündəmə gətirilib. Onlar bu hərəkətilə Macarıstan hakimiyyətinə təzyiq etmək istəyir və beynəlxalq ictimaiyyətlə sözü gedən ölkəni üz-üzə qoymaq niyyəti daşıyır. Deyərdim ki, bu cür yazılar əfsanədir, nağıldır. Hesab edirəm ki, bu cür "məlumatları" yayanlar beynəlxalq hüququ bilməyən insanlar, beynəlxalq hüququ bilməyən erməni mətbuatı yayıb.
Sizin Reklam Yeriniz