“Ermənistan Ramil Səfərovun Azərbaycana qaytarılmasının qanuniliyini tanımalıdır”
Olav Gutting: “Ramil Səfərovun ekstradisiyasının Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur”
Almaniya Bundestaqının deputatı, Xristian
Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana
qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını
bildirib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, O. Gutting bildirib ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: "Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın, beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər.
Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur.
1992-ci ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalıda törədilən qırğından əvvəl azərbaycanlıların ermənilərin dinc əhaliyə ziyan vurmağa qadir olduğuna inanmadığını deyən hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bu kimi bəyanatlar Cənubi Qafqazda sülhə nail olmağa əngəl törədir.
Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın qanuniliyini tanımalı və danışıqlar masasına yenidən qayıtmalıdır".