Əlaqə Arxiv
news Image
2012.09.11
12:28
| A A A
11 sentyabr terrorundan 11 il ötür - FOTOLAR - VİDEO

Movqe.Az xəbər verir ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarının təşkilindən 11 il ötür.

Yerli vaxtla saat 08:46-da terrorçuların oğurladığı "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi yəni Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr nəticəsində 3 minə yaxın sadə vətəndaşın ölüb, 6 mindən çox insanıb. Baş verən terror aktı ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlamasına təkan verdi.

Sizin Reklam Yeriniz