news Image
2012.09.13
11:36
| A A A
"Çudo Peçka" qurd satır - FOTOLAR

Movqe.Az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar edib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri. Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsalına dövlət nəzarəti həyata keçirib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin 16 ünvanda fəaliyyət göstərən satış nöqtələrinin hər birində müxtəlif məhsulların istehsalı həyata keçirilir. Bu məhsulların təsdiq olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim edilməyib.

Tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu aşkar olunub. Müəssisənin anbarına keçirilmiş baxış zamanı üzərində istehsal tarixi və mənşəyi barədə məlumatı olmayan 26 kq kəsmik aşkar edilib. Bundan başqa müəyyən olunub ki, anbarda xammalların saxlanma rejiminə riayət olunmur. Belə ki, xəmir mayası 0-4 C0, moyanez 0-10 C0, qatılaşdırılmış süd 0-10 C0 tempraturda saxlanılmalı olduğu halda faktiki 20-25 C0-də saxlanılır. Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn "Kriolla" tortunda 400 qr şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Araşdırma zamanı anbarda saxlanılan tortların istehsal tarixinin yalnız satış şəbəkələrinə göndərildikdə yazıldığı müəyyən olunub.  

Bundan başqa kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Belə ki, çiy ət bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda üst-üstə yığılmış vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün alınan malın ağ və qara ciyərinin qəbulu zamanı Xidmət əməkdaşlarının orqonoleptik baxışı zamanı ağ ciyərin üzərində qurd aşkar edilib. Həmçinin mənşəyi məlum olmayan poliproplen qablarda ümumi çəkisi 139 kq qatıq, 30 kq pendir, 10 kq yararlılıq müddəti bitmiş "Sultan" nişanlı bitki yağı müəyyən edilmiş və aktlaşdırılaraq istifadəsi qadağan edilib.

7 sentyabr 2012-ci il tarixli qaimə ilə 70 kq (64 kq ağ ciyər, 6 kq qara ciyər) mal hissələri qəbul edilməsinə baxmayaraq, bunlardan yalnız 40 kq-na baytarlıq sənədi təqdim edilib. Baytarlıq sənədi olmayan mal əti və hissələrinin kulinariya sahəsində istifadə olunması isə qəti qadağandır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən sertifikatlaşdırılmadan çiy dönər hazırlanır və satış şəbəkələrinə paylanır. Çiy dönər turşudulmuş qatıq, kola içkisi və müxtəlif ədviyyatlardan hazırlanmış sousda bir gün ərzində saxlanılır. Soyuducu kamerada xammallarla yanaşı geri qaytarılması üçün satışdan çıxarılmış dönər qiyməsi də aşkar olunub.

Müəssisənin 11-ci satış nöqtəsində ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) və 13-cü satış nöqtəsində ("Nizami" metro stansiyasının yaxınlığında) vitrinlərdə yararlılıq müddəti bitmiş gavalı və mimoza salatlarının satıldığı, həmçinin xammal kimi istifadə olunan yararlılıq müddəti bitmiş kolbasa məhsulları aşkar olunub.

Qurumdan verilən məlumata görə araşdırmalar davam etdirilir.





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs