Kosmik sənayemizin inkişafına dair dövlət proqramı hazırlanıb
«Artıq proqramın layihəsi hökumətdə bəyənilib və təsdiqini gözləyir»
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən kosmik
sənayenin inkişafını əks etdirən dövlət proqramının layihəsi
hazırlanaraq təsdiq edilməsi üçün hökumətə təqdim olunub. APA-nın
məlumatına görə, bu barədə MSN-in Milli Aerokosmik Agentliyinin
(MAKA) baş direktoru Alçın Şirinzadə bildirib. A. Şirinzadənin
sözlərinə görə, 2016-cı ilə qədərki dövrü əhatə edən proqramda
kosmik sənaye müəssisələrinin yaradılması, bəzi cihazların ölkədə
istehsalı, kadrların hazırlanması, aşağı orbitə peykin buraxılması
və s. daxildir.
"Məndə olan məlumata görə, artıq proqramın layihəsi hökumətdə bəyənilib və təsdiqini gözləyir", - deyə Agentliyin rəhbəri bildirib. MAKA rəhbəri aşağı orbitə məsafədən zondlama peykinin buraxılması istiqamətində təkliflərin olduğunu, bunun yaxın illərdə reallaşa biləcəyini vurğulayıb.