Əlaqə Arxiv
news Image
2012.09.18
14:11
| A A A
Türkiyəli polkovnik Ramil Səfərovun heykəlinin ucaldılmasını təklif edir
Bədri Üstünər: “Sizdən yaşca böyük olduğum üçün gözlərinizdən öpürəm, yoxsa əllərinizdən öpərdim”

Türkiyə vətəndaşı, təqaüddə olan polkovnik-leytenant Bədri Üstünər Azərbaycan prezidentinə təşəkkür məktubu yazıb. APA-nın məlumatına görə, məktub Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəyə ekstradisiya olunması və əfv edilməsi ilə bağlıdır. Məktubda deyilir: 

"Mən də Sizin yerinizdə olsaydım, belə edərdim. Sizə "Halal olsun!", "Allah Sizdən razı olsun!" deyirəm. Bu iş ancaq belə görülür... Əfv etdiyiniz cəsur zabit Ramil Səfərovun bütün hərbi hissələrdə heykəli ucaldılmalı, hər kəsə, bütün Azərbaycan əsgərlərinə örnək, nümunə göstərilməlidir. Mən Sizdən yaşca böyük olduğum üçün gözlərinizdən öpürəm. Yoxsa əllərinizdən öpərdim. Millətçilik, vətənsevərlik, mərdlik budur... Yoxsa bu işlər sözlə olmaz. Türk milləti ilə düşmənçilik edən insanlarla daim mübarizə aparmaq lazımdır. Mənim babam da əsgər idi və həmişə bunlarla mübarizə aparıb... Bu səbəblə etdiklərinizin hamısını təqdir edir, ehtiramla gözlərinizdən öpürəm. Uca Allah uğurlarınızı daha da yüksək etsin...".

Sizin Reklam Yeriniz