Əlaqə Arxiv
news Image
2012.09.18
17:38
| A A A
"Sumqayıtdakı zavodda partlayışda 3 nəfər ölüb" - VİDEO
Hadisə yerinə 150-dən çox canlı qüvvə, 45 texnika, 2 helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı növbəti açıqlama yayıb. ANS PRESS-in FHN-nin rəsmi saytına istinadla verdiyi məlumata görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan "Məişət Malları" ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanıb. Yanğına 3-cü təhlükəlilik dərəcəsi verildiyindən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 ədəd texnikası həmçinin, 2 ədəd yanğınsöndürən helikopter cəlb olunub. 

İlkin məlumata əsasən, yanğın nəticəsində 3 nəfər ölüb. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır. Araşdırmaların nəticələri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.


Sizin Reklam Yeriniz