news Image
2012.09.19
19:14
| A A A
Elçibəyin ailəsinə çatacaq pul bank hesabına köçürüldü

Əbülfəz Elçibəyin qaynı Mirmöhsün Mahmudov Modern.az-a açıqlamasında bildirib ki, eks-prezidentin hələ də əmək kitabçasının harada olduğu bilinmir.

"Əmək kitabçasını tapa bilmirik. Ola bilsin Prezident Aparatındadır və yaxud da başqa bir rəsmi yerdə".

M.Mahmudovun sözlərinə görə, eks-prezidentlər haqqında qanununa uyğun olaraq Elçibəyin ailəsinə veriləcək pul tam olaraq bank hesabına köçürülüb.

"Özləri burada deyil, rayondadırlar. Gələndən sonra pullarını alacaqlar", – deyə M. Mahmudov vurğulayıb.

Eks-prezidentin qardaşı Almurad Əliyev isə Modern.az-a açıqlamasında bildirib ki, Elçibəyin ailəsi hazırda Ordubadın Kələki kəndində dincəlir. "Amma pulları bankdadır nə vaxt istəsələr götürə bilərlər".

Qeyd edək ki, "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" konstitusiya qanununa uyğun olaraq Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva ayda 3750 manat müavinət alacaq. Müavinət qanunun qüvvəyə mindiyi iyun ayından hesablanacaq və ailəyə birdəfəlik 13 min manata yaxın vəsait ödənəcək.

Qanununa əsasən, keçmiş prezident indiki dövlət başçısının aylıq əməkhaqqının 50 faizi qədər pensiya almaq hüququna malikdir. Keçmiş prezident vəfat etdikdə isə onun aldığı pensiyanın 50 faizi məbləğində aylıq müavinət həyat yoldaşına ödənilir.

Eks-prezidentlər haqqında qanununa uyğun olaraq eks-prezident Ayaz Mütəllibov prezident təqaüdündən artıq yararlanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs