Əlaqə Arxiv
news Image
2012.09.21
20:14
| A A A
Din xadiminin seksual videosu ölkəni qarışdırdı

Polşa əhalisi azyaşlı qızlara seksual işgəncə verən manyak rahibin fotolarından dəhşətə gəlib.

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dizlərinə krem sürtən din xadiminin şagirdlərini bunu yeməyə məcbur etməsi Polşada qalmaqala səbəb olub.

Fotolarda 13 yaşlarındakı qız və oğlanların qəribə hərəkətlər eləməyə məcbur edilməsi əks olunub. Ən qəribəsi isə dini məktəbin müdürü olan rahib Marsin Koziranın bu "ayin"i müdafiə edərək, onun adət-ənənəyə çevrildiyini deməsidir.

Qalmaqal yaradan digər fotolarda isə şagirdlərin dizləri üzərində pilləkənləri qalxdığı əks olunub

Polşa hökumətinin rəsmisi hadisə barəsində açıqlama verərək, bu halın narahatverici olduğunu bildirib. O, bu fotolarla bağlı araşdırmalara başladıqlarını qeyd edib.

Valideynlər uşaqlarını belə əcaib hərəkət etməyə məcbur edən rahibi müdafiə ediblər. Bununla da ölkədə skandalın miqyası daha da böyüyüb. Valideynlər yazdıqları məktubda fotolardakı kremin əslində "təraş köpüyü" olduğunu və uşaqlarının bu hadisədə məcburiyyətə sövq olunmadığını bildiriblər.

Qalmaqal böyüyəndən sonra fotolar dini məktəbin internet saytından yığışdırılıb, hadisəylə bağlı araşdırma isə davam edir.

Sizin Reklam Yeriniz