Əlaqə Arxiv
news Image
2012.09.22
08:33
| A A A
YAP siyasi partiyalar arasında dialoqu davam etdirmək niyyətindir
"Milli maraqlar məsələsində Azərbaycan cəmiyyəti vahid mövqedən çıxış etməyi bacarmalıdır"

Bundan sonra da YAP siyasi partiyalar arasında dialoqu davam etdirmək niyyətindir və zərurət yaranarsa, ciddi problemlə bağlı dialoq təşəbbüsü ilə çıxış edəcək. Bunu YAP-ın sədr müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov bir neçə gün əvvəl siyasi partiyalar arasında Ramil Səfərovun məsələsi ilə bağlı Avropa Parlamentinə ünvanlanan etiraz məktubunu müsbət qiymətləndirib. O, məktuba imza atan bütün radikal müxalifət və digər partiyalara öz minnətdarlığını bildirib. "Bu sənəd bir daha sübut etdi ki, siyasi baxışlarından asılı olmayaraq, milli məsələlərdə siyasi partiyalar bir mövqedən çıxış edirlər. Bu isə dialoq imkanını genişləndirir və biz bundan sonra da bu istiqamətdə dialoqu davam etdirə bilərik", - Əli Əhmədov deyib.

Əli Əhmədov daha sonra bildirib ki, İstimai Palatada bir sıra şəxslərin müxalifət partiyalarının YAP-la birlikdə Ramil Səfərov məsələsi ilə əlaqədar Avropa Parlamentinə göndərdiyi etiraz müraciətini əsas gətirərək istefa verməsi gələcəyə ünvanlanmış addımdır.

Onun sözlərinə görə, bu istefalar eyni zamanda dialoq abu-havasına zərbə vurmaqla yanaşı, onun üzərinə kölgə salmaq məqsədi daşıyır.

O deyib: "Amma mən inanmaq istəyirəm ki, bütövlükdə müxalifət pariyaları və İctimai Palatada təmsil olunanlar bu cür fikirləşmirlər. Bəziləri səsləndirirlər, necə oldu ki, müxalifəti tənqid edən YAP indi həmin partiyaları birgə sənəd imzalamağa dəvət etdi. Hesab edirəm ki, bu yanaşma tamamilə əsassızdır. Belə bir sənədi imzalamaqla biz kiminsə siyasi düşüncəsindən və mövqeyindən geri çəkilməsini nəzərdə tutmamışıq. Onlar bizi tənqid etdiyi kimi, biz də onları tənqid etmişik. Bu, siyasi partiyalar arasında olan siyasi rəqabətin mahiyyətindən irəli gəlir. Amma milli maraqlar məsələsində bütün Azərbaycan cəmiyyəti vahid mövqedən çıxış etməyi bacarmalıdır və belə addımın atılması məni çox sevindirir. Biz bu addımı yüksək qiymətləndirirk".
Sizin Reklam Yeriniz