Əlaqə Arxiv
news Image
2012.09.24
16:16
| A A A
Azərbaycan Türkiyədən “Cobra”lar alıb

Azərbaycan Türkiyədən "Cobra" tipli yeni zirehli nəqliyyat vasitələri alıb.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, zirehli maşınların növbəti partiyası bu yaxınlarda Bakıya gətirilib. Yeni maşınların 2010-cu ildə bağlanmış müqavilədən əlavə olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin "Otokar" şirkəti ilə 2010-cu ildə imzalanmış 20,7 milyon dollar dəyərində müqavilə üzrə Azərbaycana 123 ədəd müxtəlif tipli hərbi nəqliyyat vasitəsi - 35 ədəd "Cobra" tipli zirehli döyüş maşını, 37 ədəd ZPT tipli zirehli personal daşıyıcı və 51 ədəd "Land Rover Defender" tipli nəqliyyat vasitəsi çatdırılıb.
Azərbaycan tərəfi "Otokar" şirkətinin istehsalı olan, "Arma" adlı minaya qarşı qorumalı piyadaların döyüş maşınına da marağını ifadə edib.
13 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulmuş "Cobra" 4×4 təkər formuluna malikdir. Maşının çəkisi 6 ton, sürəti 110 km/saat təşkil edir. Radioaktiv və kimyəvi hücumlardan, mina partlayışlarından qorumaya malik maşının üzərində müxtəlif silahlar qurmaq mümkündür.
Hazırda "Cobra" tipli nəqliyyat vasitələri postsovet ölkələrindən Gürcüstan, Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin inventarında yer alır.

Sizin Reklam Yeriniz