news Image
2012.09.25
07:13
| A A A
Bir neçə rayonun prokuroru işdən çıxarılıb
Baş prokuror Zakir Qaralov bununla bağlı sərəncam imzalayıb

Azərbaycanda bir neçə rayonun prokuroru işdən çıxarılıb. Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. Hazırda Sabirabad rayon prokurorunun vəzifəsini Elxan Məmmədov, Şamaxı rayon prokurorunun vəzifəsini Mirqasım Cəfərov, Oğuz rayon prokurorunun vəzifəsini Natiq Eyvazov, Balakən rayon prokurorunun vəzifəsini isə Akif Şıxıyev əvəz edir.

Onu qeyd edək ki, bu il respublika üzrə 10-dan çox rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bu yaxınlarda daha bir neçə rayon prokurorunun dəyişdiriləcəyi gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs