news Image
2012.09.25
07:15
| A A A
Vitse-spikerdən Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təklif
“Konkret siyasi iradə olarsa, bu format çərçivəsində də münaqişənin həllinə nail olmaq mümkündür”

Milli Məclisin vitse-spikeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu ilə paralel digər beynəlxalq təşkilatların müstəvisində həll edilməsini təklif edir.

"Azərbaycanın münaqişənin digər beynəlxalq təşkilatların müstəvisində həllinə çalışması ATƏT-in Minsk qrupunun mövcudluğuna maneçilik törətmir. Yəni Azərbaycan tərəfi bu prosesi paralel şəkildə apara bilər", - bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O qeyd edib ki, Azərbaycan sülh danışıqlarına sadiqliyini hər zaman bəyan edib və bunu əməlində də göstərərək digər beynəlxalq təşkilatların da Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsinin zəruriliyini vurğulayıb.

"Biz bu problemi BMT və digər qurumlarda da qaldırmışıq. Hazırda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Baş Assambleyasının gündəliyində iki məsələ var və bu məsələlərin müzakirəsi gözlənilir. Yəni bütün istiqamətlərdə səylərimizi davam etdirməliyik", - vitse-spiker deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər istifadə olunan mexanizmlər təsirsiz qalıb və buna görə də münaqişənin həlli hələ də uzanır.

"Həmsədrlərin fəaliyətinin bizi qane etmədiyini dəfələrlə bəyan etmişik. Hesab edirəm ki, konkret siyasi iradə olarsa, bu format çərçivəsində də münaqişənin həllinə nail olmaq mümkündür. Amma hər şeyi sıfırdan başlamaq məsələni daha da uzada bilər", - Muradova deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs