Əlaqə Arxiv
news Image
2012.10.01
21:18
| A A A
“Elşad Abdullayevin məqsədi xaricdə sığınacaq almaqdır”

Azərbaycanın baş prokuroru Zakir Qaralov Elşad Abdullayevin Azərbaycana məcburi gətirilməsinə münasibət bildirib. APA-nın məlumatına görə, Z. Qaralov qeyd edib ki, E. Abdullayev ölkəni könüllü tərk edib: "Bizdə olan məlumata görə, Elşad Abdullayev guya Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialındakı sənədli təftişlə bağlı ölkədən gedib. O, istənilən vaxt gələ bilər. Biz təklif edirik ki, gəlsin və istintaqla əməkdaşlıq etsin".

Z. Qaralov həmçinin bildirib ki, Elşad Abdullayevin video görüntülər yaymaqda məqsədi məlumdur: "Bu gün Elşad Abdullayev belə video görüntülər yaymaqla özünü korrupsiyaya qarşı mübarizə aparan şəxs kimi təqdim edir. Onun bu video materialları yaymaqda məqsədi hər hansı xarici ölkədə sığınacaq almaqdır. Lakin o bilməlidir ki, qanun qarşısında hamı bərabərdir".

Sizin Reklam Yeriniz