news Image
2012.04.14
08:30
| A A A
İranın Azərbaycana qarşı narkotik və silah savaşı...
Cənub qonşumuz ölkəmizə bunların qaçaqmalçılıq yolu ilə daşınması istiqamətində daha çox fəallıq göstərməkdədir

İl ərzində Azərbaycanın müvafiq dövlət strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ələ keçirilərək zərərsizləşdirilən narkotik maddələrin həcmi bəzən bir tondan artıq olur. Məsələn, 2010-cu ildə Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz dövriyyədən 1 ton 200 kiloqram qanunsuz narkotik maddə çıxarıb.

Bunun da əsas hissəsini İrandan Azərbaycana keçirilən narkotiklər təşkil edir. Bu narkotiklər əsasən quru yolları vasitəsilə keçirilib. Elə indinin özündə İran bu istiqamətdə siyasətini davam etdirir. Lakin cənub qonşumuz təkcə qeyd olunanla kifayətlənmir son dövrlər İrandan Azərbaycana silah keçirilməsi hallarının artması istiqamətində cəhdlərin çoxaldığı aydın müşahidə olunur. Elə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) üç günəvvəl yaydığı məlumat bunun daha bir real təsdiqidir. Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə odlu silah, döyüş sursatı hərbi ləvazimatlar, narkotik maddə keçirən qrupu saxlayıb.

MTN-ninictimai əlaqələr mərkəzinin məlumatına görə, İran vətəndaşları Əbdi Nasir, Dəlir Əli, Azərbaycan vətəndaşları Xubaliyev Qabil, Məmmədov Ruslan, Mürşüdov Arzuman, Lalayev Niyaməddin qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib, mühafizə olunan dövlət sərhədini pozaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan ərazisinə gəlib. Keçirilmiş baxış zamanı Arzuman Mürşüdovun yaşadığı evdən 1 ədəd "AKM" tipli avtomat silah, ona aid 2 ədəd avtomat darağı 273 ədəd patron, 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd əl qumbarası, 1 ədəd gecəgörmə cihazı, 1 kiloqrama yaxın heroin, 3 qramdan artıq tiryək, Nasir Əbdidən 1 ədəd "Makarov" tipli tapança, ona aid 1 ədəd daraq, 3 qramdan artıq tiryək, təxminən 1,5 qram metamfetamin, Əli Dəlirin üzərindən "Makarov" tipli tapançaya aid içərisində 8 ədəd patron olan 1 ədəd daraq, Ruslan Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomaşının yük yerindən qrupa məxsus 2 kiloqram 833,7 qram tiryək 522,4 qram heroin, sonuncunun üzərindən 3,988 qram marixuana, Qabil Xubaliyevin üzərindən 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Niyaməddin Lalayevin yaşadığı Xaçmaz şəhərindəki evinə keçirilmiş baxış zamanı ayrı-ayrılıqda qablaşdırılmış 22,903 qram heroin 50 qrama yaxın marixuana aşkarlanıb. Eyni zamanda, Niyaməddin Lalayevin həmin evində yaşayan Azərbaycan vətəndaşı Qəniyev Vadim saxlanıb ondan "İJ79-93" markalı 1 ədəd qaz silahı, ona aid 2 ədəd daraq 14 ədəd patron aşkar edilərək götürülüb.

Bütün bunlar o kontekstdə baş verir ki, son dövrlərdə Azərbaycanda radikal dindar qruplaşmalar fəallaşmağa başlayıblar. Onların əldə etdikləri silahların hardan gəldiyini isə MTN-ninson əməliyyatları daha aydın ehtimal etməyə əsas verir. Aydın olur ki, burada radikalların əsas himayədarı qismində yenə İran çıxış edir.

Daha bir təhlükəli nüans ondan ibarətdir ki, ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsi kimi mütəşəkkil cinayətkar fəaliyyətdə bəzi rayonların sərhədboyu ərazilərində yaşayan ailələr, çoxsaylı gənclər cəlb olunurlar.

Araşdırmalar göstərir ki, dünyada böyük narkotika qaçaqmalçılığı ilə məşğul olan İran tərəfindən Azərbaycana narkotik vasitələr əsasən bu ölkə ilə sərhəd kəndlərdə yaşayan azərbaycanlıların əli ilə keçirilir. Burada İran həm daha böyük məqsədlər güdür. Belə ki, Azərbaycan cəmiyyətində narkotikdən istifadə hallarının artmasına nail olmaqla burada sosial deqradasiyanın yaranması İran üçün çox sərfəlidir. Digər tərəfdən narkotika satışı olanda, ölkədəki kriminal durum pozulur. Ölkədə yeni nəsilvermə, demoqrafik problem yaranır. O da məlumdur ki, Əfqanıstan üzərindən gətirilən bütün narkotik vasitələr İran ərazisindən daşınır. İran narkotikanı işğal olunmuş ərazilərdən daşımaqla bərabər, digər vasitələrdən istifadə edirlər.

Azərbaycan hüquq-mühafizə orqanlarının zərərsizləşdirdiyi cinayətkar qrupların təhlili göstərir ki, Əfqanıstanda istehsal olunan opium, eləcə kustar üsulla istehsal edilən heroini İran vasitəsilə Azərbaycana keçirmə cəhdləri, eləcə Azərbaycan üzərindən Rusiyaya aparılma halları müşahidə edilib. Xüsusilə İran vasitəsilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən keçməklə Gürcüstan daha sonra Türkiyə-Avropaya çatdırılma halları müşahidə olunub. Bu isə sübut edir ki, Əfqanıstan narkotiklərinin İran vasitəsilə Azərbaycana keçirilməsi təhlükəsi hələ qüvvədədir.

Bütün bunlar onun təsdiqidir ki, İran narkotik, eyni zamanda silah qaçaqmalçılığı vasitəsilə ölkəmizdə destabil bir durum yaratmağa can atır. Belə olan halda Azərbaycanı zəif düşəcəyini ehtimal edən İran bununla ölkəmizə daha təsir göstərməyə çalışdığını da nümayiş etdirmiş olur.

Əsgər CAVADOV


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs