Əlaqə Arxiv
news Image
2012.10.04
11:16
| A A A
Türkiyə Suriyaya hücuma hazırlaşır

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Türkiyə hücumu Ağçaqalada 5 adamın ölümü ilə nəticələnən partlayışa səbəb olub. 4-ü uşaq biri qadın 5 nəfər həyatını itirib. 9 nəfər yaralılar arasında polislərin də olduğu bildirilir.

Buna cavab olaraq Suriyanın hərbi hədəfləri vurulub.Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan talimat verib. Xarici İşlər Nazirliyi dərhal zəruri diplomatik cəhdlər başladıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Moon və Birləşmiş Millətlər Şurasının üzvü bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon əlaqəsi qurulub.

Baş nazir Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Suriyada davam etməkdə olan böhran regional sabitlik və təhlükəsizlik qədər, milli təhlükəsizliyimizə də mənfi təsiri edərək, artan şəkildə görülməkdədir".

Bu arada, NATO-nun baş katibi Anders Foq Rasmussen ilə də telefon görüşməsi baş tutub.  NATO Şurasının təcili olaraq toplanması qərara alınıb.

Türkiyə Nazirlər Kabineti ordunun sərhəddənkənar hərbi əməliyyatlara başlaması ilə bağlı qərar layihəsini təsdiqləyib. Qərar səverməyə çıxarılacaq və təsdiqləndiyi təqdirdə Türkiyə Ordusu Suriya ərazisinə daxil olub, hərbi əməliyyatlara başlayacaq. 

Sizin Reklam Yeriniz