news Image
2012.10.05
06:30
| A A A
İlk telekommunikasiya peykimiz orbitə vaxtında çıxarılacaq
Azərbaycan “Thomson Reuters” agentliyi ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulan vaxtdan gec olmayacaq. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, 2013-cü ilin əvvəlində orbitə buraxılması nəzərdə tutulan "Azerspace-1" telekommunikasiya peyki üzərində hələlik işlər gedir. Azərbaycan hazırda "Azərspace-1" peykinin orbitə buraxılması üçün növbəsini gözləyir.

"Azərspace-1" telekommunikasiya peykinin istehsalı ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aparılır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulub və bu istiqamətdə işlər uğurla həyata keçirilir. İlk peykimiz ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti tərəfindən "STAR-2" platforması əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Peyk 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan, Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5 raket daşıyıcısı ilə orbitə çıxarılacaqdır.

E.Vəlizadə bildirib ki, peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək və artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir.

Elmir Vəlizadə bildirib ki, Azərbaycan "Thomson Reuters" agentliyi ilə əməkdaşlıqda maraqlıdır. Onun sözlərinə görə, bu agentliklə əməkdaşlıq ölkələrdə elmi tədqiqatların istiqamətlərinin müasirləşdirilməsində, elmi tədqiqatçıların, alimlərin digər ölkələrdən olan həmkarları ilə əlaqələrin yaradılmasında, həmçinin yerli alimlərin elmi məqalələrinin dünya ictimayyətinə çatdırılmasında böyük rol oynayır. Ümumiyyətlə, belə bir agentlik ilə əməkdaşlıq elmi, dövlət idarəçiliyində və həm də digər sahələrdə də qərarların qəbul edilməsi üçün çox vacibdir.

O deyib: "Azərbaycanda bu əməkdaşlığa hazırlaşır. Bir neçə ildir "Thomson Reuters" agentliyi test rejimində Azərbaycana informasiya bazalarını da açıblar ki, bizim elmi işçilər bundan bəhrələnsin. Artıq bu istiqamətdə işlər aparılır ki, Azərbaycanla "Thomson Reuters" agentliyi ilə rəsmi münasibətlər yaransın və mövcud olan bu zəngin baza ölkəyə gətirilsin. Azərbaycanda mövcud olan elmi institutlarımız, universitetlərimiz həm də digər aidiyyatı olan qurumların ixtiyarına verilsin".

E.Vəlizadə məlumat verib ki, Agentlikdə elmi tətqiqatlardan da əlavə patentlər haqqında da məlumatlar toplanır. Bizim də əsas məqsədimiz Azərbaycan patentlərini Agentliyin siyahısında dərc etməkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs