Əlaqə Arxiv
news Image
2012.10.05
15:42
| A A A
Təhsil Nazirliyi qarşısında aksiya keçirilib

Movqe.az xəbər verir ki, Təhsil Nazirliyinin qarşısında dindarların etiraz aksiyası keçirilib. Polis qüvvələri ilə dindarlar arasında toqquşma olub. Aksiyaçılar məktəblərdə hicaba qadağa qoyulmasının aradan qaldırılmasını tələb ediblər. 

200-ə yaxın dindar nazirliyin qarşısına toplaşaraq "Hicaba azadlıq!", "İslama azadlıq!", "Sionistlərə lənət olsun!" şüarlarını səsləndirib.

Təxminən 150 nəfərdən ibarət  polis qüvvələri aksiyanı dağıtmağa başlayıb. Buna cavab olaraq dindarlar polislərə daş və taxta parçaları atıblar. Bir neçə nəfər saxlanılıb. Hər iki tərəfdən zərər çəkən var.

Paytaxt polisinin rəis müavini Səhlab Bağırov da zərər çəkib, onun başı yarılıb.

Hicaba qadağa 2010-cu ilin dekabrında qoyulub. 2011-ci ilin mayında da Təhsil Nazirliyinin qarşısında belə aksiya keçirilib.



Sizin Reklam Yeriniz