Əlaqə Arxiv
news Image
2012.10.09
08:33
| A A A
Gömrük xidmətinin aşkarladığı narkotik maddələrin həcmi dəfələrlə artıb
“15-17 il əvvəl Azərbaycanın gömrük xidməti ildə 3-5 kq narkotik maddə aşkar edirdisə, indi bu rəqəm yüzlərlə kiloqramlarla ölçülür” Son illər Azərbaycanın gömrük xidməti tərəfindən narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində aşkar edilən narkotik maddələrin həcmi dəfələrlə artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Toqo Respublikasının gömrük xidmətinin nümayəndələri ilə Bakıda keçirilən görüşdə bildirib. A.Əliyevin sözlərinə görə, əgər 15-17 il əvvəl Azərbaycanın gömrük xidməti ildə 3-5 kq narkotik maddə aşkar edirdisə, indi bu rəqəm yüzlərlə kiloqramlarla ölçülür. Son illər Azərbaycanda narkotik tranziti və qaçaqmalçılığı ilə məşğul olan bir neçə beynəlxalq mütəşəkkil cinayətkar qrupu aşkarlanıb. "Bəzi qruplar 8-10, hətta 14 ölkənin vətəndaşlarından ibarət olub və onlar ölkə ərazisindən narkotik tranziti kimi istifadə etmək istəyiblər", - deyə Komitə sədri vurğulayıb.
Sizin Reklam Yeriniz