Əlaqə Arxiv
news Image
2012.10.10
08:18
| A A A
Xaricdən gətirilən mobil telefonların imei kodlarının qeydiyyatına başlanacaq
"Azerspace-1" telekommunikasiya peyki 2013-cü ilin yanvarında orbitə buraxılacaq

Cari ilin dekabrından Azərbaycana xaricdən gətirilən mobil telefonların imei kodlarının qeydiyyatına başlanacaq. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

O deyib ki, xarici ölkələrdən saxta mobil telefonların Azərbaycana gətirilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilir. Saxta mobil telefonların mövcudluğu həm mobil operatorlara, həm də vətəndaşların sağlamlığına ciddi təhlükə yaradır. Bununla bağlı Nazirlər Kabinetinin müvaffiq qərarı var və buna uyğun olaraq mərkəz yaradılıb. Mobil operatorlarla birgə zəruri addımlar atılır.

İltimas Məmmədov bildirib ki, bu ilin sonuna kimi Azərbaycanda mobil elektron imzaların verilməsinə başlanacaq.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər gedir və şirkətlərlə təkliflər hazırlanır. Həm məlumat hesablama mərkəzlərində və mobil opertorlarda zəruri avadanlıq quraşdırılacaq. Bu ilin sonuna kimi bu iş həyata keçiriləcək.

O deyib: "Hazırda elektron xidmətlərdən 200-dək xidmətin göstərilməsi mümkündür. Ümumiyyətlə, ölkədə təsdiq olunan elektron xidmətlərin sayı 400-ə qədərdir və yaxın vaxtlarda hamısı fəaliyyətə başlayacaq. Bu xidmətlərdən mobil vasitə ilə istifadə etmək mümkün olacaq".

İltimas Məmmədov bildirib ki, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması test sınaq mərhələsindədir.

Onun sözlərinə görə, "Azerspace-1" telekommunikasiya peyki indi hazırdır və üzərində yerüstü sınaq mərhələsi aparılır. 2013-cü ilin yanvarında "Azerspace-1" telekommunikasiya peyki orbitə buraxılacaq.

Xatırladaq ki, "Azərspace-1" telekommunikasiya peykinin istehsalı ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aparılır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulub və bu istiqamətdə işlər uğurla həyata keçirilir. İlk peykimiz ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti tərəfindən "STAR-2" platforması əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Peyk 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan, Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5" raket daşıyıcısı ilə orbitə çıxarılacaq.

Sizin Reklam Yeriniz