Əlaqə Arxiv
news Image
2012.10.11
08:13
| A A A
Əmək pensiyaları artacaq
Pensiyaların sığorta hissəsi də indeksləşdiriləcək

Gələn il Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. "Gələn il yanvarın 1-dən 2012-ci ilin inflyasiyasına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdiriləcək. Bu gün baş verən proseslər göstərir ki, sosial sığorta üzrə ödənişlərin həcmi dinamik artır. Bu, pensiyaların baza hissəsinin maliyyə mənbələrinin formalaşdırılması üçün zəmanət yaradır və bu, 2013-cü ildə pensiyaların baza hissəsinin artması haqqında danışmağa əsas verir", - Müslümov qeyd edib. Hazırda pensiyanın baza hissəsi 85 manatdır. "Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq" , - Fond sədri vurğulayıb.

Sizin Reklam Yeriniz