Əlaqə Arxiv
news Image
2012.04.15
15:25
| A A A
Bələdiyyələrin birləşməsi davam etməlidir
“Bununla yanaşı, bələdiyyələrə istiqamət verən, metodik yardım göstərə bilən hansısa bir qurum lazımdır”

Bələdiyyələrin birləşməsi prosesinə başlanandan sonra bu istiqamətdə müsbət nəticələr varHesab edirəm ki, zaman keçdikcə bu nəticələr özünü daha çox göstərəcəkBu fikirləri parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev dilə gətirib.

Onun dediyinə görə, ilk əvvəllər bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər.

Millət vəkili qeyd edib ki, bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. T.Rzayevin fikrincə, amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi, onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər digər problemlər var idi:

"O səbəbdən bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi.

Bu baxımdan bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bir mütəxəssis kimi deyə bilərəm ki, bu da çoxdur.

Fikrimcə, birləşmə prosesi davam etməlidir bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır. Bununla yanaşı, bələdiyyələrə istiqamət verən, metodik yardım göstərə bilən hansısa bir qurum lazımdır.

Düzdür, bu məqsədlərə xidmət edən şəhər, qəsəbə kənd bələdiyyələrinin assosiasiyaları yaradıldı. Bu çox normal qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir.

Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır".


Sizin Reklam Yeriniz