Əlaqə Arxiv
news Image
2012.04.15
15:41
| A A A
Bakıda tıxaclara çarə tapılıb
Paytaxtda işıqforların işi “yaşıl dalğa” rejimində tənzimlənəcək Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi işıqforların vaxtını "yaşıl dalğa" rejimində tənzimləməyə imkan verəcək. Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.

Məlumata görə, hazırda Bakıda işıqforların modernləşdirilm
əsi
yenidən qurulması davam edir. "Sistemə birləşdirilən yeni işıqfor aparatları 150 yolayrıcında quraşdırılıb ehtiyac olarsa, onların sayı artırılacaq. Hazırda "yaşıl dalğa" artıq paytaxtın əsas küçələrində tətbiq edilir. O, işıqforlar arasında qarşılıqlı əlaqənin qurulmasına imkan verir, müəyyən hesab sürəti ilə hərəkət edən nəqliyyat vasitələrinin kompakt qrupunun keçdiyi anda yaşıl işarənin işə düşməsini təmin edir" – deyə, mərkəzdən bildiriblər. Qeyd edək ki, məlumata görə "Yaşıl dalğa" nəqliyyat vasitələrinin hərəkətinin işıqforlarla tənzimlənməsinin avtomatik sistemidir.

Sizin Reklam Yeriniz