news Image
2012.10.16
17:28
| A A A
Kitabların tirajı azalmaqda davam edir

Vaxtı ilə ən böyük bilik mənbəyi sayılan kitablrın tirajı getdikcə azalmağa doğru gedir. Sovet dövründə kitablar yüksək tirajla çap edilirdi. İndi isə respublikamizda 100-dən artıq nəşriyyatın fəaliyyət göstərməsinə baxmayaraq, kitablar aşağı tirajla çap olunur. Məsələ ilə əlaqədar bir neçə nəşriyyatla əlaqə saxladıq.

"Azərbaycan Dövlət Nəşriyyat"ının direktor müavini Mirqalib Qasımov məsələ ilə əlaqədar öz fikrini bildirdi: "İnternetden istifadə, kitabların internet vasitəsi ilə oxunması, kitabların tirajının azalmasına səbəb olub. Hər kəs özünə sərf edən kitabları alıb oxumağa üstünlük verir."

"Araz" Nəşriyyatının müdiri Əlirza Sayılov məsələ ilə bağlı öz fikirlərini movqe.az saytına bildirdi: "Əvvəllər ölkəmizdə kitab yayımı ilə məşğul olan qurum fəaliyyət göstərirdi. Lakin indi belə bir qurum fəaliyyət göstərmir. Digər mühüm səbəb isə kitab mağazalarının olmamasıdır. Çox az sayda mağaza var ki, bunlar da kitabdan çox məktəb ləvazimatları satmağa üstünlük verirlər. Cəmiyyətimiz çox vaxt oxucunu günahlandırır. Lakin bu doğru deyil. Bu gün oxucuya yetərincə kitab təqdim edilmir. Biz daha çox Məmməd Araz, Bəxtiyar Vahabzadə, Səməd Vurğunun kitablarını çap edirik və onlar da normal tirajla satılır. Müasir müəlliflərlə iş birliyimiz yoxdur."

Şair Oktay Hacımusalı da məsələ ilə bağlı öz fikrini bildirdi: "Sovet dövründə SSR-ni əhatə edən Kitab Palatası mövcud idi. Bu Kitab Palatasının azərbaycanda da şəbəkəsi fəaliyyət göstərirdi. Bu şəbəkə ən ucqar dağ kəndinə belə kitabları çatdırırdı. Sovetlər birliyinin dağılması kitabların nəşrinə də öz təsirini göstərdi.

Bir vaxtlar kitablara maraq həddindən artıq az idi..Son zamanlar bu məsələ artıq öz həllini tapmağa başlayıb. Gənc nəslin bu sahələrdə işləməyə başlaması, maliyyənin artması bu məsələnin həllini asanlaşdırıb. Lakin hər şeyi maliyyə ilə də bağlamaq düzgün olmaz. İnsanların mənəvi tələbatları da var ki, bunları ödəmək lazımdı. Əlbəttə ki, mənəvi tələbatların odənməsində kitabların rolu əvəzsizdir. Kitabın arxa plana keçməsinə səbəb kimi sürətli, inkişaf etmiş texnika və texnologiyaları göstərə bilərik. XXI əsr internet əsridir. Bütün məlumatları internetdən almaq mümkün olduğu üçün kitaba təlabat azalır və təbii ki, kitab nəşri də azalır. Çox təəssüflər olsun ki, bu gün nəşriyyatlarımız daha çox xarici yazarların tərcümə kitablarının çapına üstünlük verir. Bizim yazarlardan isə dedektiv janrında yazan müəlliflərin kitabları satılır. Statistikaya baxsaq Azərbaycanda daha çox Çingiz Abullayev, Elxan Elatlı oxunur."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs