news Image
2011.11.23
20:50
| A A A
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul edib

İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir. Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture ölkəmizdə "BakuTel–2011" 17-ñi Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının təşkilini yüksək qiymətləndirdi. İnformasiya təhlükəsizliyinin dünyada aktual məsələlərdən biri olduğunu vurğulayan Hamadun Ture bu sahədə Azərbaycanda görülən işlərdən məmnunluğunu bildirdi. Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini qeyd edən qonaq Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatının Afrika ölkələrinin yardım kampaniyasına qoşulmasının önəmini qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev neft-qaz sahəsi ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sektorunun dövlətin önəm verdiyi prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev enerji sahəsində olduğu kimi, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları ilə bağlı regional layihələrdə iştirakı istiqamətində fəaliyyətini daha da artıracağını qeyd etdi.

Dövlət başçısı Beynəlxalq Telekommunikasiya Təşkilatının fəal üzvü kimi Azərbaycanın qurumun təklif etdiyi bütün layihələrdə uğurla iştirak edəcəyini dedi.

Görüşdə Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatı ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs