news Image
2012.10.25
07:18
| A A A
“Təhsil kreditləri haqqında” qanun layihəsi təcili qəbul olunmalıdır
“Ölkədə dövlət universitetlərində oxuyan bəzi tələbələr təhsil haqlarını ödəyə bilməməsi səbəbindən təhsillərini yarımçıq dayandırırlar”

"Təhsil kreditləri haqqında" qanun layihəsi təcili olaraq parlamentdə qəbul olunmalıdır. Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib. O, təssüflə vurğulayıb ki, bu qanun layihəsinin hazır olmasına baxmayaraq, yubadılır.

O deyib ki, "Təhsil kreditləri haqqında" qanun layihəsinin qəbulu ilə bağlı müraciətlər çoxdur: "Ölkədə dövlət universitetlərində oxuyan bəzi tələbələr təhsil haqlarını ödəyə bilməməsi səbəbindən təhsillərini yarımçıq dayandırırlar. Bizim çox ağıllı, savadlı tələbələrimiz var. Amma təssüflər olsun, universitetdə təhsil haqların ödəyə bilməməsi səbəbindən təhsil müəssisəsin tərk edirlər".

V.Əhmədov bildirib ki, Azərbaycanda tələbələrin təhsil haqqlarının ödəmə məsələləri birdəfəlik öz həllini tapması vacibdir: "Ölkədə dövlət universitetlərində təhsil haqları ya ləğv edilməli və yaxud tələbələr üçün kredit götürmələri üçün şərait yaradılmalıdır. Tələbə təhsil haqqını ödəməsini fikirləşməməlidir. Tələbələrimiz əsasən elmə daha çox diqqət ayırmalıdırlar".