Əlaqə Arxiv
news Image
2012.10.30
07:11
| A A A
Deputatın oğlu rəis vəzifəsindən kənarlaşdırıldı
Hüseynbala Mirələmov: “Adam işində qüsurlara yol verib və cəzalandırılıb”

Millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğlu, polis polkovnik-leytenantı Fərid Mirələmov daxili işlər naziri Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi vəzifəsindən kənarlaşdırılıb. Gün.Az-a açıqlamasında bununla bağlı məsələyə toxunan millət vəkili H.Mirələmov isə təxminən 6 ilə yaxın bir dövr ərzində polis orqanlarında, o cümlədən, sözügedən vəzifədə çalışan oğlu F. Mirələmovla əlaqədar daxili işlər nazirinin məlum əmrinin obyektiv olduğunu bildirib.

Millət vəkili ümumiyyətlə, daxili işlər naziri R. Usubovu çox ədalətli və obyektiv bir nazir kimi tanıdığını qeyd edib.

"Axı, necə olurdu ki, cənab nazir mənim oğlumu hələ gənc ikən rəis təyin edəndə yaxşı olurdu, indi isə işdən çıxaranda pis? Mənim bu işə qarışmağım müdaxilə hesab oluna bilər, lakin məsələdə adım çəkildiyi üçün açıqlama vermək məcburiyyətindəyəm", - deyən H.Mirələmovun sonra bildirdiyinə görə, oğlunun işdən çıxarılmasını onun adı ilə bağlamaq, vurulması kimi qələmə vermək gülüncdür.

Xalq, seçicilər tərəfindən millət vəkili seçildiyini deyən H. Mirələmov "hansı vəzifəm var ki, vursunlar da?"- deyə sual edib.

Millət vəkilinin bildirdiyinə görə, sadəcə, Xəzər Rayon Polis İdarəsində yoxlama keçirilib və öz işində nöqsana yol verənlər cəzalandırılıb.

"Onlardan biri də mənim gənc yaşlarında olan oğlum Fəriddir. Məsələni başqa cür yozmaq istəyənləri başa düşə bilmirəm. Adam işində qüsurlara yol verib və cəzalandırılıb", - deyə millət vəkili sonda sözlərinə əlavə edib.
Sizin Reklam Yeriniz