Əlaqə Arxiv
news Image
2012.11.01
06:53
| A A A
Marketlərdə çəki fırıldağı
Bu, özünü daha çox qablaşdırılmış məhsullarda göstərir

Ölkədə bu gün sayı dinamik şəkildə artan müəssisələr sırasında marketlər də xüsusi yer tutur. Təbii ki, bu təqdirəlayiq hal sayıla bilər. Ən azı ona görə ki, insanların hansısa məhsul alarkən kifayət qədər seçim imkanı olur. Lakin ölkədə fəaliyyət göstərən marketlərin heç də hamısının əhaliyə lazımi səviyyədə xidmət göstərdiyini də hələ söyləmək mümkün deyil.

Bir sıra marketlərdə istehlakçıların hüquqlarının pozulması, onların hətta aldanması da danılmaz həqiqətdir. Məsələn, elə götürək marketlərdə satılan qablaşdırılmış ərzaq məhsullarını. Məlumdur ki, ərzaq məhsulları xüsusilə qablaşdırılmış məhsullar alarkən birinci növbədə onun çəkisinə diqqət yetiririk. Və nədənsə bizdə bir inam var ki, qablaşdırılmış məhsulun çəkisində yalan ola bilməz. Amma reallıq başqadır. Marketlərdə qablaşdırılmış bu kimi məhsullar kifayət qədərdir. Çoxları da məhz qablaşdırıldığı, təmizliyi və çəkisinin dürüstlüyünü nəzərə alıb bu kimi məhsullara üstünlük verir. Amma heç kim bu məsələdə aldandığına inanmır. Mağazalara gətirilən belə məhsulların çəkisi heç satıcıları da narahat etmir. Onlar bu məhsulu firmaların gətirdiyini və çəkisinin düz olub olmadığı barədə də məsuliyyətin də onların daşıdığını bildirirlər. Araşdırmalar isə göstərir ki, qablaşdırılmış məhsullardın üzərində göstərilən çəki bəzən real çəkidən az olur. Bu isə yekun nəticədə sadə vətəndaşların hüquqlarının pozulması ilə nəticələnir.

Problemin həlli ilə bağlı Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsi təkliflərini Milli Məclisə təqdim edib. Komitənin Metrorlogiya Xidmətinin rəisi Oqtay Abbasov bildirir ki, belə bir qanun düz 12 il əvvəl qəbul olunsa da indi mövcud dövrün beynəlxalq standartlarına cavab vermir. Qanun qəbul edilərsə, belə hallara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görüləcək. Millət vəkili Vahid Əhmədov deyir ki, bu sahədə yeni qanuna tələbat olduqca böyükdür. Lakin müzakirə olunan layihədə problemlər çoxdur. Xüsusi ilə qanunun dili və geniş sahəni əhatə etməsi onun işləmə mexanizmini çətinləşdirir. Qanun qəbul olunarsa, istehlakçıların hüquqlarının qorunması istiqamətidə işlər görüləcək. Lakin istənilən halda məhsul alarkən məhsulun son istifadə və istehsal tarixinə baxdıldığı kimi məhsulun çəkisinə də diqqət yetirmək vacibdir. Elə hallar da olur ki, marketlərdən alınan hansısa ərzaq malları kassada hesablananda vitrindəki qiymətlərin üzərinə alıcının xəbəri belə olmadan ƏDV gəlinir. Yəni, 18 faiz artır.

Bununla yanaşı, bəzi marketlərdə rast gəlinən hallardan biri də məhsulun üzərində qiymət olmaması ilə bağldır. Bu, özünü daha çox elə demək mümkünsə, gözdən uzaq marketlərdə göstərir. Bəzən isə belə hallarda qiymət satıcı tərəfindən şişirdilir. Bu da "İstehlakçıların hüquqlarının müdaifəsi haqqında" qanunun 13-cü maddəsinin pozulması deməkdir. Həmin maddəyə görə, satıcı qurum istehlakçını maraqlandıran malın qiyməti barədə istehlakçıya düzgün məlumat verməlidir. Həmçinin, bu vəziyyəti Nazirlər Kabinetinin 80 saylı qərarının kütləvi pozulması da saymaq olar. Həmin qərara görə, malların üzərində mütləq qiymət kağızları qoyulmalıdır və qiymət kağızlarının arxasında maddi məsul şəxslərin imzası və möhürü olmalıdır.

Qeyd edək ki, ölkədə qanunvericilik səviyyəsində də bu məsələyə diqqət sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişə görə, bu cür pozuntulara yol verən sahibkarlara 3 min manatdan 5 min manata kimi cərimə kəsilə bilər və ya onlar islah əmək işlərinə cəlb oluna bilərlər. Həmçinin Məcəlləyə edilən düzəlişə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdifaəsi Dövlət Xidmətinin əməkdaşları məsələ ilə bağlı istənilən vaxt ticarət obyektini narahat edə bilərlər və bu məsələdə heç bir qrafik nəzərdə tutulmur. Lakin təcrübə göstərir ki, belə tədbirlər bu məsələdə müşahidə edilən problemləri tam həll etmək iqtidarında deyil. Bu səbəbdən istehlakçıların özləri də kifayət qədər diqqətli olmalıdırlar.

O məlumdur ki, hər il xüsusilə mövsüm öncəsi mağazalarda şüşələrinə iri hərflərlə yazılmış Endirimlər təklif edilir, lakin həmin endirimlərlə tanış olduqda endirimlərin cüzi olduğunu və ya ancaq bir qrup məhsula tətbiq edildiyini görürsən. Bundan başqa, əvvəlki qiymət göstərilsə də, o da real qiymət olmur. Saxta endirimlərlə bağlı problrmin digər bir tərəfi ondan ibarətdir ki, endirim elan olunur, amma bu, real endirim olmur. Bu da istehlakçının hüquqlarının pozulması hallarından biri sayılır.
Sizin Reklam Yeriniz