Əlaqə Arxiv
news Image
2012.04.17
12:49
| A A A
Azərbaycanda analoq TV yayımının dayandırılacağı vaxt açıqlandı
İlin sonunadək respublika əhalisinin 100 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunacaq


Azərbaycanda analoq TV yayımının dayandırılacağı vaxt açıqlanıb. Qurumda DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılıbMüzakirələrdə rabitə informasiya texnologiyaları naziri Əli Abbasov TV yayımına keçidlə əlaqədar Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi inkişafı Proqramı"na əsasən hazırda ölkə əhalisinin 85 faizinin rəqəmli TV proqramlarının qəbul etdiyini cari ilin sonunadək bütün ölkə ərazisində qəbulun təmin edilməsi üçün aparılan işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, analoq yayımından fərqli olaraq rəqəmli yayıma keçid paytaxtda seyr olunan bütün TV proqramların ölkənin istənilən yaşayış məntəqələrində efir vasitəsilə yüksək keyfiyyətlə qəbulunu mümkün edir.

Eyni zamanda qarşıya qoyulan məqsədə nail olunması üçün rəqəmli yayımın üstünlükləri keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün ölkəyə rəqəmli televizor çevirici qurğuların gətirilməsi ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunub.

Müzakirələr zamanı rəqəmli TV yayıma keçidlə əlaqədar tezliklərdən səmərəli istifadə edilməklə regional TV şirkətlərinin rəqəmli yayıma keçidi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb, eləcə Milli Televiziya Radio Şurası ilə razılaşdırılmaqla cari ilin sonunadək analoq TV yayımının mərhələlərlə dayandırılmasının məqsədəuyğunluğu qeyd edilib.

Movqe.Az

Sizin Reklam Yeriniz