news Image
2012.11.06
06:50
| A A A
Qəbələ RLS əvəzinə Qarabağ formulu işə düşür
Əks halda şimal qonşumuza NATO nəzarəti arta bilər

Cari ilin başa çatmasına az müddət qalmasına baxmayaraq, Bakı və Moskva hələ də Qəbələ RLS-in icarəsinə dair yeni müqavilənin şərtləri barədə ortaq məxrəcə gələ bilməyiblər. Bu isə sözügedən stansiyanın artıq cari ilin sonundan fəaliyyətinin dayandırılması ehtimalını getdikcə artırır.

Buna rəğmən, Moskvada hələ də ümid edirlər ki, bu ilin dekabrın 24-dək, yəni stansiyanın hazırda qüvvədə olan icarə müqaviələsi başa çatanadək Bakı ilə yeni razılaşma əldə etmək mümkün olacaq.

Rusiya Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova qeyd edir ki, Qəbələ RLS-lə bağlı Rusiya və Azərbaycan hökumətləri arasında danışıqlar davam etdirilir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan tərəfindən baş nazirin I müavini Yaqub Eyyubov və Rusiya Müdafiə Sənayesi Nazirliyi səviyyəsində müzakirələr aparılır: "Ümid edirəm ki, yaxın vaxtlarda Qəbələ RLS-in icarəsi və onun bundan sonrakı fəaliyyəti ilə bağlı məsələlərlə bağlı razılığa gəlinəcək". Lakin o da məlumdur ki, nə Bakı, nə də Moskva yeni icarə müqaviləsinə dair mövqelərindən geri çəkilməyi düşünür. Ekspertlər isə hesab edirlər ki, əslində, bu mövqedə dayanmaqla Bakı faktiki olaraq stansiya vasitəsilə Moskvaya təzyiq göstərir. Əsas məqsəd də Kremlin Dağlıq Qarabağ münaqişəsinin çözümündə daha obyektiv mövqe tutması və forpostu olan Ermənistana təzyiq göstərməsidir.

İndi Azərbaycanı maraqlandıran əsas məqam Moskvanın müttəfiqi olan Ermənistanı Dağlıq Qarabağ və onun ətrafında işğal altında saxladığı 7 rayondan çıxarmağa vadar etməsidir. Bunun üçün Rusiya Ermənistana təzyiq göstərməsə, Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılmasından imtina etmək hüququna malikdir. Bundan başqa faktdır ki, bu RLS Azərbaycan ekologiyasına böyük zərər vurur. Eyni zamanda Azərbaycan regionda balanslaşdırılmış siyasət yürütsə də, öz milli maraqlarına uyğun hərbi-siyasi prioritetləri var və Bakı Qərbə inteqrasiyaya meyl etdiyini gizlətmir. Belə bir şəraitdə ərazisində Rusiya məxsus hərbi obyektin mövcudluğu Bakı üçün sərfəli deyil. Lakin bütün bunlara rəğmən, Moskva Qarabağ münaqişəsinin həllində yardımçı tərəfi kimi çıxış edərsə, Bakı RLS məsəəlsində Rusiyaya güzəştə gedə bilər.

Rusiyalı hərbi ekspertlər də bildirir ki, Qarabağ məsələsində Qəbələ RLS Azərbaycanın lehinə olan arqumentdir. Daha bir maraqlı məqam isə Rusiya qəbələ RLS ətrafında Azərbaycanla razılığa gələ bilməyəcəyi təqdirdə bu stansiyanı ABŞ-a uduza biləcəyidir. Ekspertlərin fikrincə, Qəbələ RLS-ə ABŞ böyük maraq göstərir. Birləşmiş Ştatlar üçün bu stansiyanı icarəyə götürmək olduqca cəlbedici görünür. Çünki bu region üzərində nəzarəti ələ keçirmək, perspektivdə özünün raket əleyhinə müdafiə vasitələrini mümkün təhlükələrə qarşı yönəltmək ABŞ-ın maraq dairəsindədir. Bu halda, Azərbaycan razılıq verərsə, ABŞ təşəbbüsü ələ keçirməyə çalışacaq. Yəni Rusiyanın "Daryal" stansiyasından əl çəkməsindən sonra Qəbələ RLS-i ABŞ icarəyə götürə bilər. Çünki Vaşinqton da yaxşı bilir ki, RLS yaranmış vəziyyətdə bu regionda daha etibarlı və effektiv informasiya mənbəyidir. Xüsusən də nəzərə alınsa ki, stansiya İranın lap yaxınlığında yerləşir. Digər tərəfdən, Rusiya olmadan ABŞ stansiyanı istismar edə bilərsə, onu müasir hərbi texnika ilə də modernləşdirə bilər.

Elə ABŞ faktoru da Rusiyanı bu stnasiyadan daha bərk yapışmağa vadar edir.

Lakin istəiynə nail olmaq üçün Moskva Bakının mövqeyi ilə hesablaşmalıdır. Əks halad Qəbələ RLS-i itirəcək. Düzdür, hadisələrin bu səpkidə inkişafı fonunda Kreml əsas ümidlərini Krasnodar vilayətindəki "Voronej -DM"-ə bağlayıb. Rusiyalı ekspert Andrey Kazantsev bildirir ki, 2012-ci ilin sonunadək Armavirdəki yeni "Voronej -DM" RLS-i öz tammiqyaslı fəaliyyətinə başlayır, bu stansiya cənub və cənub-qərb istiqamətində buraxılması mümkün ola bilən raketləri nəzarətdə saxlayacaq: "Buna görə də, Qəbələ RLS-in vacibliyi artıq əhəmiyyətini itirmiş olur. Əgər Azərbaycan yeni icarə haqqı müəyyənləşdirməsəydi, bu RLS-dən Armavirdəki RLS-ə əlavə kimi istifadə etməyə davam etmək olardı. Ya da, əgər sözügedən RLS-in adı "hərbi baza" statusu ilə əvəz edilsəydi, bu Rusiya Federasiyasının Qafqazda hərbi iştirakı mənasını verərdi və Rusiya icarə müqaviləsinin uzun müddətə uzadılmasına razılıq verərdi. Bunu RF indi istəyir. Daha doğrusu, Moskvaya bunun üçün ya əlavə maliyyə, ya da siyasi-psixoloji stimul lazımdır. Əks halda, stansiyanın saxlanması üçün labüd əsas qalmır". Lakin Bakının stansiyanı gələn ildən etibarən, ABŞ və ya hər hansı NATO ölkəsinə icarə verə biləcəyi faktoru Moskvanı hər zaman ciddi narahat edir. Bu səbəbdən istisna olunmur ki, Moskva stansiya ilə bağlı Bakının istəkləri ilə razılaşacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs