Əlaqə Arxiv
news Image
2012.11.06
07:03
| A A A
Azərbaycanda internetin təhlükəsizliyi tam qorunur
Mobil telefonların istifadəsinə görə Azərbaycan dünyada önəmli yerlərdən birini tutur

Azərbaycanda internetin təhlükəsizliyi tam qorunur. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İnternet İdarəçiliyi Forumu çərçivəsində tədbirə qatılan nazirlərin görüşündə bildirib.

Nazir çıxışında qeyd edib ki, Azərbaycanda internetin inkişafi üçün hər cür şərait yaradılıb. Nazir Azərbaycanın mobil telefonların istifadəsinə görə dünyada önəmli yerlərdən birini tutduğunu bildirib.

Qeyd edək ki. 7-ci İnternet İdarəçilik Forumu çərçivəsində keçirilən görüşün sonunda bəyannamə qəbul olunub.

Görüşdə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə Baş Katibin müavini Vu Hongbo, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş Katibi Dr. Hamadoun Toure, UNESCO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklins, İnternetdə domenlərin bölüşdürülməsi üzrə təşkilatın (ICANN) prezidenti Fadi Chehade və İnternet cəmiyyəti – İSOC-un prezidenti Lynn St. Amour iştirak edib.

Görüş zamanı, həmçinin Birləşmiş Krallıq, Tunis, Litva, Hindistan, Qabon, Misir, Albaniya və Əfqanıstanın nazirləri, o cümlədən Yaponiya, ABŞ, Rusiya və Ukraynanın nazir müavinləri çıxış ediblər.
Sizin Reklam Yeriniz